Topaz Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında keçirilən ölkə birinciliyində 24-cü tura yekun vurulub.
Korner.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, son oyun günündə 4 qarşılaşma baş tutub.
“Qarabağ”ın əsas komandasının üzvü Əl Hərbi Əl Jadeyui bu dəfə əvəzedicilərin heyətində meydana çıxıb. O, “Zirə” ilə görüşdə etdiyi dublla komandasına qələbə qazandırıb.
4 mart
Əvəzedicilərin çempionatı, 24-cü tur
“Neftçi” – “Qəbələ” – 0:0
“Qarabağ” – “Zirə” – 2:0
Qollar: Əl Hərbi Əl Jadeyui, 21 (1:0), 42 (2:0)
“Xəzər Lənkəran” – AZAL – 0:3
Qollar: İlqar Babayev, 20 (0:1), İsmayıl İbrahimli, 49 (0:2), Orxan Ələkbərov, 69 (0:3)
“Sumqayıt” – “İnter” – 1:2
Qollar: İlkin Sadıqov, 29 (0:1), Şahin Əliyev, 58-pen (1:1), Vüsal Nağıyev, 65 (1:2)
