Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətləri arasında keçirilən yarışda 21-ci tura yekun vurulub.
Korner.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, son oyun günündə bir qarşılaşma keçirilib.
Doğma azarkeşləri önündə “Rəvan”ı qəbul edən “Zirə” rəqibinə 2:0 hesabı ilə qalib gəlib.
14 fevral
Əvəzedicilərin çempionatı, 21-ci tur
“Zirə” – “Rəvan” – 2:0
Qollar: İqor İvanoviç, 35 (1:0), Elgün Nəbiyev, 76 (2:0)
