Əvəzedicilərin Azərbaycan çempionatında 2016/17 mövsümünə start verilib.
Korner.az-ın məlumatına görə, I turun ilk oyun günündə 2 qarşılaşma keirilib.
“Zirə” doğma meydanda “Sumqayıt”a 2:0 hesabı ilə qalib gəlib.
“Neftçi” səfərdə AZAL-dan üstün olub – 2:1.
Qeyd edək ki, turun digər oyunları bu gün və sabah keçiriləcək.
Əvəzedicilərin çempionatı
I tur
5 avqust
“Zirə” – “Sumqayıt” – 2:0
Qollar: Muxtar Əliyev, 9, 13
AZAL – “Neftçi” – 1:2
Qollar: Bahadur Həziyev, 10 (0:1), Mahsun Qənbərli, 54 (1:1), Kamran Mirzəliyev, 56 (1:2)
