Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin mübarizəsində 15-ci turun oyunları üçün hakim təyinatları açıqlanıb.
Əvəzedicilərin çempionatı
15-ci tur
11 fevral (bazar)
Zirə – Sumqayıt
Hakimlər: Xəlil Xəlilov, Elşad Abdullayev, Pərvin Talıbov, Qorxmaz Eldarov.
Zirə İdman Kompleksinin stadionu, 14:00.
Qarabağ – Qəbələ
Hakimlər: Etibar Həsənov, Elman Kərimov, Eyyub İbrahimov, Ramiz Məhərrəmov.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 17:00.
12 fevral (bazar ertəsi)
Keşlə – Səbail
Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Məmmədəli Kərimov, Mahir Məmmədov.
Bakı. “İnter Arena”, 15:00.
Neftçi – Kəpəz
Hakimlər: Nicat İsmayıllı, Vüsal Qənbərov, Cavanşir Yusifov, Fərid Məmmədov.
Bakı. “Bayıl Arena”, 20:00.
