Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında keçirilən çemponatda 9-cu turun oyunlarına start verilib.
Korner.az-ın məlumatına görə, turun açılış matçı Qəbələdə baş tutub.
Burada yerli “Qəbələ” klubu “Sumqayıt”ı sınağa çəkib. Bu görüşdə 3:1 hesabı ilə qalib gələn “Qəbələ” turnir cədvəlində liderliyə yüksəlib.
23 oktyabr
“Qəbələ” – “Sumqayıt” – 3:1
Qollar: Muxtar, Əliyev, 44 (1:0), Şirməhəmməd Məmmədov, 57 (2:0), Kamil Xanıyev, 75-pen (2:1), Elnur Mustafazadə, 78 (3:1)
