Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında 3-cü tura yekun vurulub.
“Neftçi” doğma meydanda “Kəpəz”lə bərabərə qalıb. Dörd qolun vurulduğu “İnter” – “Səbail” oyununda da qalib müəyyənləşməyib. “Zirə” “Sumqayıt”ı evdə, “Qəbələ” isə “Qarabağ”ı səfərdə darmadağın edib.
Əvəzedicilərin çempionatı, 3-cü tur
26 avqust
“Neftçi” – “Kəpəz” 1:1
Qollar: Elçin Əsədov, 84-pen. – Ruslan Süleymanov, 13.
“İnter” – “Səbail” 2:2
Qollar: Əlibəy Məmmədli, 40; Sinan Akkoyun, 76 – Aslan Hüseynov, 26. Turan Babayev, 49.
27 avqust
“Zirə” – “Sumqayıt” 5:0
Qollar: Müşfiq İlyasov, 15; 23; 31. Muxtar Əliyev, 52. Camal Camalov, 77.
“Qarabağ” – “Qəbələ” 0:4
Qollar: Haciağa Hacılı, 38. Amin Seyidov, 45. Rövlan Muradov, 66. Əli Sadıxov, 84.
