Futbol

“Ətrafımda divarlar tikməyi planlaşdırırsızsa…” – Mahir Emreli

25.11.2021 , 11:45

Millimizin və “Legiya”nın futbolçusu Mahir Emreli Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda “Lester”lə oyundan əvvəl sosial şəbəkədə paylaşım edib.

Korner.az-ın məlumatına görə, matçın keçiriləcəyi “Kinq Pauer” stadionundakı məşqdən şəkillərini paylaşan millimizin üzvü yazıb:

“Ətrafımda divarlar tikməyi planlaşdırırsınızsa, bilin ki, mən bunların arasından keçib gedəcəyəm”.

Qeyd edək ki, bu gün keçiriləcək “Lester” – “Legiya” görüşü saat 00:00-da başlayacaq.

Son yazılar

Yuxarı