“Əsl Ronaldo braziliyalıdır” – İbrahimoviç
06.12.2019 , 11:24

Karyerasını İtaliyada davam etdirəcəyini açıqlayan Zlatan İbrahimoviç “Yuventus”un futbolçusu Kriştiano Ronaldo ilə mümkün rəqabətindən danışıb.
İsveçli hücumçu “La Gazzetta Dello Sport”a açıqlamasında Ronaldonun istedadlı futbolçu olmadığını deyib:
“Əsl Ronaldonu İtaliyada tapacağam? Xeyr, əsl Ronaldo braziliyalıdır. Kriştiano istedadlı deyil, qazandıqları sadəcə, zəhmətinin bəhrəsidir”.
Qeyd edək ki, İbrahimoviçin “Milan”a keçəcəyi gözlənilir.
