Sumqayıt”ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 15-ci turunda “Kəpəz”lə 2:2 hesabı ilə bərabərə qaldıqları oyunu şərh edib.
Korner.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, son dəqiqədə qələbəni əldən verdiklərini vurğulayıb:
“Əsl peşmanlıq hissi var, penalti verildi və biz son dəqiqədə 3 xalı itirdik. Komandam istəkli, sürətli və inamlı idi. Lakin son anda qələbəni əldən verdik, futbolun pis tərəfi də məhz budur. Oyunun sonlarında verilən penalti epizodunda hakim haqlı idi, mən texniki zonadan gördüm ki, top futbolçumuzun əlinə dəydi. Artırılan 5 dəqiqəni də normal hesab edirəm”.
