“Oyunla bağlı geniş danışmaq istəmirəm. Sadəcə, deyim ki, çox zəif oynadıq”.
Korner.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, bu sözləri “Araz Naxçıvan”ın baş məşqçisi Əsgər Abdullayev Azərbaycan Premyer Liqasının 9-cu turunda “Simurq”a uduzduqları matçdan (0:4) sonra deyib.
O, qələbə münasibəti ilə “Simurq”u təbrik edib:
“Zəif cəhətlərimiz çoxdur. Bu gündən seleksiya işinə başlamalıyıq”
