Əsgər Abdullayev, “Araz Naxçıvan” klubunun baş məşqçisi: “Deyiləsi sözüm yoxdur. Futbolçuların oyuna bu cür münasibəti ilə bizə çətin olacaq”.
Korner.az-ın PFL-in saytına istinadıən məlumatına görə, bu sözləri “Araz Naxçıvan” – “İnter” (1:3) matçından sonra meydan sahibi komandanın baş məşqçisi Əsgər Abdullayev deyib.
Abdullayev futbolçularından narazılığını bildirib: “Rəqib haqqında tam məlumat versək də, istədiyimiz oyunu meydanda görə bilmədik. Ümumilikdə, oyun görmədik. Sanki, futbolçularımız futbol oynamağa deyil, gəzməyə çıxmışdılar”.
