“Özümüzü çox pis vəziyyətə saldıq. “Sumqayıt” klubu da bu gün qələbə qazanıb. Hər şey son turda həll olunacaq”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Turan” klubunun baş məşqçisi Əsgər Abdullayev Gəncədə "Kəpəz"ə məğlubiyyətdən sonra deyib.
Qeyd edək ki, “Turan” klubu Premyer Liqanın 31-ci turu çərçivəsində Gəncədə keçirilən matçda rəqibinə 1:2 hesabı ilə məğlub olub.