Azərbaycan kubokunun 1/16 final mərhələsində “Ağsu” komandası ilə qarşılaşan “Araz Naxçıvan” doğma meydanda keçirdiyi oyunda 1-0 hesabı ilə qalib gəlib.
Korner.az-ın məlumatına görə, “Araz-Naxçıvan” klubunun baş məşqçisi Əsgər Abdullayev maraqlı aşıqlamalar verib.
Əsgər Abdullayev: “Oyunun çətin olacağını bilirdim, futbolçuları buna hazırlamışdım. Hər iki komanda oyunu ilə azarkeşlərə bayram əhval-ruhiyyəsi yaşatdı. İlk hissədə biz daha üstün oynadıq, qol epizodlar; da yaratdıq, lakin istifadə edə bilmədik. İkinci hissə isə qarşılıqlı hücumlar şəraitində keçdi. Qarşıda bizi “Simurq”la daha çətin oyun gözləyr. “Ağsu” komandası ilə hələ qarşılaşmalarımız var, rəqibimizə uğurlar arzu edirəm”.
