“Araz Naxçıvan”ın baş məşqçisi Əsgər Abdullayev Azərbaycan Premyer Liqasının 4-cü turunda “Sumqayıt”a uduzduqları matçdan (0:1) sonra fikirlərini bildirib.
Korner.az-ın məlumatına görə, o, qələbə münasibəti ilə rəqibi təbrik edib:
“Qarşılaşma haqda heç nə danışmaq istəmirəm. Bir sözüm var, rəqibi təbrik edirəm. Mən oyun görmədim. Hakimlik barədə danışmaq istəmirəm. Sadəcə, onu deyim ki, hakimin kobud səhvləri oldu. Bizim vaxtımızda qapıya gedən topu müdafiəçi əl ilə saxlayanda penalti verilir. Görünür, indi qaydalar dəyişib”.
