“Xəzər Lənkəran”la oyunlar həmişə gərgin keçir. Bu dəfə də elə oldu. 90 dəqiqə ərzində çoxlu qol şanslarımız olsa da, bundan istifadə edə bilmədik”.
Korner.az-ın “Futbolinfo.az”a istinadən verdiyi məlumata görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Əsgər Abdullayev Azərbaycan kubokunun 1/4 final mərhələsində “Xəzər Lənkəran”a uduzduqları oyun (2:3) haqda danışarkən deyib.
Ə.Abdullayev komandada psixoloji gərginliyin olmadığını bildirib: “Nəticəyə görə azarkeşlərdən üzr istəyirəm. Amma unutmayaq ki, kubok matçları 2 oyundan ibarət olur. Azarkeşlərimizin bizi sona kimi dəstəkləməklərini istəyirik. Komandada psixoloji gərginlik yoxdur, əhval-ruhiyyə yaxşıdı. Mərhələni adlamaq üçün azarkeşləri cavab qarşılaşmasında stadiona çağırıram. Onların dəstəyinə ehtiyacımız var”.
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu martın 9-u “Bakcell Arena”da keçiriləcək.
