"Oyunumuzu əks hücumlara qurmuşduq. Bəzi epizodlarda bu alınırdı, bəzilərində isə yox".
Korner.az-ın məlumatına görə, bu sözləri "Turan" klubunun baş məşqçisi Əsgər Abdullayev "Bakı" ilə oyundan (1:1) sonra deyib.
Tovuz klubunun çalışdırıcısı futbolçularına təşəkkür etməyi də unutmayıb:
"Bəzi futbolçuları məcburiyyətdən başqa mövqelərdə oynadırdım. Futbolçularıma meydanda göstərdiyi mübarizəyə görə, minnətdaram".
