Topaz Premyer Liqasının debütantı “Araz Naxçıvan” bu gün VII tur çərçivəsində keçirilən oyunda səfərdə “Bakı”ya 1-2 hesabı ilə uduzub.
Korner.az-ın məlumatına görə, naxçıvanlıların baş məşqçisi Əsgər Abdullayev istefa verməyi düşünür:
“Bu oyunla bağlı heç nə deməyəcəyəm. Nəsə danışmaq çətindir. Bu günə kimi belə hadisələrlə üzləşməmişəm. Çox çətindir, yeni komanda, yeni futbolçular. Əgər mən Naxçıvan futboluna xeyir vermirəmsə, gedəcəyəm. Bu gün istefa vermək istəyində olduğumu rəhbərliyə deyəcəyəm. Özüm getmək istəyirəm”
