Topaz Premyer Liqanın 24-cü turunda keçirilən "Neftçi" – "Qəbələ" matçının sonlarında meydan sahiblərinin azarkeşləri komandanın baş məşqçisi Əsgər Abdullayevi istefaya səsləyib.
Korner.az-ın məlumatına görə, bu, "Qəbələ" ilə görüşün son dəqiqələrində baş verib.
"Ağ qaralar"ın azarkeşləri komandanın "Qəbələ" ilə görüşün son dəqiqələrində buraxmasına etirazını bildirib.
Bundan sonra Əsgər Abdullayev azarkeşlərin istəyini yerə salmayıb. Təcrübəli mütəxəssis oyundan sonra mətbuat kofransında istefa etdiyini açıqlayıb.
