Topaz Premyer Liqasının debütantı “Araz Naxçıvan” XI turda “Qarabağ”a 0:4 hesabı ilə uduzdu.
Korner.az-ın məlumatına görə, oyunsonrası mətbuat konfransında "Araz Naxçıvan"ın baş məşqçisi Əsgər Abdullayev oyunla bağlı fikirlərini bölüşüb:
“Danışmalı bir şey yoxdur. “Qarabağ” bütün hallarda bizdən güclüdür. Premyer Liqada qalmaq istəyiriksə, dəyişikliklər etməliyik. Bir neçə yeni oyunçu cəlb olunmalıdır”.
