"Oyun barədə heç nə deyə bilmərəm. Belə oynamaq olmaz".
Korner.az-ın məlumatına görə, bunları "Sumqayıt"a məğlubiyyətdən sonra "Turan"ın baş məşqçisi Əsgər Abdullayev deyib. Çalışdırıcı oyunu qısaca şərh etməyə üstünlük verib:
"Bir oyunda qalib gəldikdən sonra eyforiyaya qapılmaq lazım deyil. Komanda verdiyim tapşırıqlara uyğun oynamadı. Ciddi tədbirlər görmək lazımdır”.
