Tarixinin ən ağır günlərini yaşayan Tovuzun "Turan" klubunda sular durulmaq bilmir. Ötən mövsümü 11-ci pillədə bitirən lakin Premyer Liqada qalan Tovuz təmsilçisinin hazırlıq planı, baş məşqçisi, futbolçuları bəlli deyil. Məsələylə bağlı komandanın baş məşqçisi Əsgər Abdullayevlə əlaqə saxladıq. Çalışdırıcı Korner.az-a açıqlamasında bunları dedi:
"Mənim "Turan"la müqaviləm bitib. Hal-hazırda Bakıdayam. Komandanın prezidenti ilə əlaqə saxlamışam və bu ayın axırı klubdaxili toplantı olmalıdı". Ə.Abdullayev bu ayın 20-də baş tutmalı olan toplantı haqda verdiyimiz suala: "Artıq bezmişəm. Məndə olan bu məlumatdı və sizə deyirəm", – deyə cavablandırdı.
