“Bizim üçün hər oyun final oyunu kimidir. İlk hissədə qol vurmaq üçün şanslarımız oldu. İkinci hissəyə daha yaxşı başladıq. Qalib gəldik, qələbə bizə çox lazım idi”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Bakı”nın baş məşqçisi Bojidar Bandoviç deyib.
Topaz Premyer Liqanın 20-ci turunda AZAL-a 2:0 hesabı ilə qalib gəldikləri oyunu dəyərləndirən serb mütəxəssis daha sonra bunları deyib:
“Rauf milli komandanın düşərgəsində olduğundan bizimlə toplanış keçə bilməmişdi. Əsas olan futbolçunun komandaya nə qədər xeyirli olmasıdır. Rauf da özünü göstərəcək”.