Moskva şəhərində təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan milli komandası Rusiyanın U-21 yığması ilə yoldaşlıq oyunu keçirib.
Korner.az-ın məlumatına görə, qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Millimizin heyətində Felipe və Vitali Borisov fərqlənib.
Qeyd edək ki, bu komandalar arasında yanvarın 28-də keçirilən qarşılaşma da heç-heçə yekunlaşmışdı – 4:4.