Layihə

Əsas komandamızdan yunanlarla sülh – YENİLƏNİR

08.09.2016 , 15:46

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında VI turun təqvimi müəyyənləşib.

Korner.az-ın məlumatına görə, kişilərdən ibarət əsas millimiz Yunanıstanla qarşılaşacaq.

İkinci komandamız Rumıniyanı sınağa çəkəcəyi halda, üçüncü yığmamız Qana ilə üz-üzə gələcək.

Favoritlərdən Hindistan Hollandiya ilə, ABŞ Ukrayna ilə, Rusiya Almaniya ilə, Çin Argentina ilə, Gürcüstan Çexiya ilə qarşılaşacaq.

5 turdan sonra kişilərdən ibarət əsas millimiz 8 xalla 9-cu pillədə qərarlaşıb. Eyni xala malik ikinci komandamız 11-ci, 4 xalla üçüncü yığmamız isə 99-cudur.

Turnir cədvəlinə maksimum nəticə göstərən Hollandiya, Ukrayna və Hindistan milliləri başçılıq edir.

Qadınlardan ibarət əsas yığmamızın VI turdakı rəqibi Gürcüstandır. İkinci millimiz Çexiyanı, üçüncü komandamız isə Çilini sınağa çəkəcək.

Qadınların yarışında qarşıdakı turda əsas diqqətlər Ukrayna – Rusiya görüşünə yönələcək. Favoritlərdən Çin Rumıniya ilə, Hindistan Latviya ilə, ABŞ Türkiyə ilə, Polşa Vyetnamla görüşəcək.

Qadınlardan ibarət əsas millimiz 5 turdan sonra 9 xalla beşinci pillədədir. İkinci komandamız 6 xalla 39-cu, üçüncü yığmamız isə 5 xalla 61-ci yeri tutur.

Xanımların mübarizəsində 5 turdan sonra maksimum nəticə göstərən Ukrayna və Rusiya yığmaları ilk 2 yeri bölüşdürürlər. Əsas millimiz kimi 9 xal toplayan Rumıniya üçüncü, Çin dördüncüdür.  
 

Olimpiada-2016
VI tur
Kişilər
 
Yunanıstan (2584) – Azərbaycan-1 (2705) – 2:2
Dimitrios Mastrovasilis (2601) – Şəhriyar Məmmədyarov (2761) – 0.5:0.5
Xristos Banikas (2571) – Teymur Rəcəbov (2722) – 0.5:0.5
Azanasios Mastrovasilis (2555) – Arkadi Naydiç (2696) – 1:0
Stelios Halkias (2565) – Eltac Səfərli (2666) – 0:1
 
Rumıniya (2572) – Azərbaycan-2 (2576) – 2.5 – 1.5
Konstantin Lupulesku (2618) – Vasif Durarbəyli (2612) – 0:1
Mirka-Emilian Parliqras (2595) – Nicat Abasov (2552) – 0:1
Boqdan-Daniel Deas (2524) – Qədir Hüseynov (2625) – 0.5:0.5
Mihail Marin (2572) – Namiq Quliyev (2577) – 0:1
 
Qana (1958) – Azərbaycan-3 (2350) – 0:3
Erik Anquanda (1951) – Vüqar Əsədli (2406) – 0:1
Jon Koyo Hasford (1970) – Abdulla Qədimbəyli (2294) – 0:1
Yosef Yamena (1992) – Məhəmməd Muradlı (2331)
Edvard Tompson (1889) – Pərviz Qasımov (2323) – 0:1
 
V turdan sonra turnir cədvəli: 1. Hollandiya, 2. Ukrayna, 3. Hindistan – hamısı 10 xal; …9. Azərbaycan-1, …11. Azərbaycan-2, …15. Rumıniya, 24. Yunanıstan – hamısı 8; …99. Azərbaycan-3, …109. Qana – hər ikisi 4.
 
Qadınlar
Gürcüstan (2474) – Azərbaycan-1 (2320) – 2:2
Nana Dzaqnidze (2522) – Zeynəb Məmmədyarova (2295) – 1:0
Lela Javaxişvili (2486) – Günay Məmmədzadə (2361) – 0.5:0.5
Nino Batsiaşvili (2474) – Gülnar Məmmədova (2304) – 0:1
Salome Melia (2419) – Nərmin Kazımova (2302) – 0:1
 
Azərbaycan-2 (2248) – Çexiya (2272) – 2:2
Türkan Məmmədyarova (2304) – Yoanna Vorek (2360) – 0.5:0.5
Xəyalə Abdulla (2219) – Kristina Havlikova (2271) – 0:1
Nərmin Xələfova (2234) – Olqa Sikorova (2234) – 0.5:0.5
Ülviyyə Fətəliyeva (2247) – Tereza Rodşteyn (2230) – 1:0
 
Azərbaycan-3 (2016) – Çili (1957) – 3:1
Nərmin Məmmədova (2230) – Damaris Qonzarez (2092) – 1:0
Xanım Balacayeva (2147) – Javiera Barrera (2027) – 1:0
Gövhər Beydullayeva (1994) – Valentina Kabello (2019) – 0.5:0.5
Aynur Katanova (1784) – Lesli İnzunza (1840) – 0.5:0.5
 
V turdan sonra turnir cədvəli: 1. Rusiya, 2. Ukrayna – hər ikisi 10 xal; 3. Rumıniya, 4. Çin, 5. Azərbaycan-1 – hamısı 9; …7. Gürcüstan 8; …39. Azərbaycan-2, …47. Çexiya – hər ikisi 6; …61. Azərbaycan-3, …72. Çili – hər ikisi 5.

Son yazılar

Yuxarı