“Əsəbi bir oyun alındı” – Tərlan Əhmədov
30.09.2019 , 00:06

Azərbaycan Premyer Liqasının VI turu çərçivəsində evdə “Zirə”ni 2:0 hesabı ilə məğlub edən “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov mətbuat konfransında fikirlərini bölüşüb.
Korner.az xəbər verir ki, 47 yaşlı mütəxəssis əvvəlcə oyun haqda danışıb:
– Əsəbi bir oyun alındı. Hər iki komandada gərginlik var idi. Fasilədə bəzi taktiki dəyişiklik etdik. Bu gün əzmkarlıq göstərib vacib 3 xal qazandıq. Hər iki komanda gözəl futbol oynadı. Bu qələbə bizə lazım idi. Oyundan oyuna daha baxımlı futbol göstərməyə çalışırıq.
– Bu gün futbolçularınız oyuna nə yeyib çıxmışdılar?
– Biz futbolçuları sözlə motivasiya edirik.
– Bu düzülüşlə ilk dəfə idi oynayırdınız?
– Həftəlik məşqlərdə kim daha yaxşıdı, o da meydana çıxır. Əfran tam hazır olsaydı, bəlkə də start heyətində yer alardı. Əsas odu ki, heyətdə rəqabət yaranır.
