“Fənərbağça”nın baş məşqçisi Ərsun Yanal iddialı açıqlamaları ilə diqqəti cəlb edib.
Korner.az-ın məlumatına görə, təcrübəli mütəxəsis dünən gecə 1:0 hesabı ilə qalib gəldikləri “Əskişəhirspor” qarşılaşmasından sonra təşlik olunan mətbuat konfransında komandasının hər zaman “Qalatasaray”ı məğlub edəcək gücdə olduğunu bildirib:
“”Fənərbağça” hər zaman “Qalatasaray”ı məğlub edəcək gücdədir. Bunu hamıya sübut edəcəyik və sonda çempion olacağıq”.
