Dünən Çempionlar Liqasınında çıxışlarını başa vuran “Fənərbağça”nın baş məşqçisi Ərsun Yanal maraqlı açıqlama verib.
Korner.az-ın məlumatına görə, “Arsenal”la keçirilən matçdan sonra təşkil olunan mətbuat konfransında təcrübəli baş məşqçi Türkiyə Süper Liqasının onlar üçün Çempionlar Liqasınından daha vacib olduğunu bildirib:
“Bizim üçün qarşıdakı oyunlarımız daha vacibdir. Ölkə çempionatı bizim üçün Çempionlar Liqasından daha üstündür. Yavaş-yavaş dəqiq paslaşmağı və yaxşı oynamağı öyrənirik. Bir neçə həftəyə komandamın istənilən səviyyəyə gələcəyini inanıram”.
