Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan terror təhlükəsi səbəbindən təxirə salınan “Qalatasaray” – “Fənərbaxça” matçı haqda açıqlama verib.
Korner.az-ın məlumatına görə, bu barədə məşhur “goal.com” portalı məlumat yayıb.
Dövlət başçısı oyunun başlanmasına bir neçə saat qalmış kəşfiyyat məlumatı aldıqlarını bildirib:
“Ankarada və İstanbulda yaşanaları gördünüz. “Qalatasaray” – “Fənərbaxça” oyunundan əvvəl terror olacağı haqda kəşviyyat məlumatı aldıq. Əvvəlcə oyunun azarkeşsiz keçirilməsini düşündük. Ancaq sonra yeni kəşviyyat məlumatı əldə etdik və hər iki klubun rəhbərliyi ilə danışıqlar aparıldı. Qərara aldıq ki, oyun başqa tarixdə keçirilsin”.
