Ərəblərlə razılığa gəldi
24.06.2024 , 11:19

“Yuventus”un qapıçısı Voyçex Şesni klubundan ayrıla bilər.
Korner.az xəbər verir ki, 34 yaşlı qolkiper karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır.
O, bir müddətdir danışıqlar apardığı “Əl-Nəsr” klubunun təklifini qəbul edib.
Təcrübəli qolkiperin transferinin gələn həftə rəsmiləşəcəyi gözlənilir.
Digər tərəfdən, “Əl-Nəsr”in müqaviləsi daha bir il davam edən oyunçu üçün “Yuventus”a 4 milyon avro ödəyəcəyi bildirilir.
Mina Musayeva
