Ərəblərin yeni hədəfi
13.01.2025 , 12:00

“Liverpul”un hücumçusu Darvin Nunyes klubunu dəyişə bilər.
Korner.az xəbər verir ki, o, karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır.
25 yaşlı futbolçunun xidmətində “Əl-Hilal” maraqlıdır.
Ərəblər mövsümün sonunda oyunçunu almağı planlaşdırır.
Nunyes bu mövsüm “qırmızılar”ın heyətində 26 oyunda 4 qol vurub və 4 məhsuldar ötürmə edib.
