Ərəblərin yeni hədəfi
03.01.2025 , 16:37
“Fənərbağça”nın hücumçusu Yussef En-Nesiri karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır.
Korner.az xəbər verir ki, “Əl-Nəsr” mərakeşli futbolçunu transfer etmək istəyir.
Ərəblər En-Nesiri üçün “Fənərbağça”ya 34 milyon avroluq rəsmi təklif göndərib.
İstanbul klubu ilə 27 yaşlı forvard üçün 40 milyon avro tələb edir. Klublar arasında danışıqlar davam edir.