Ərəblərin növbəti hədəfi İkardi
12.06.2023 , 15:33

“Qalatasaray”da icarə əsasında çıxış edən Mauro İkardi karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Korner.az xəbər verir ki, argentinalı hücumçu ilə “Əl Taavun” klubu maraqlanır.
Bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb.
İkardi ötən mövsüm “Qalatasaray”da 26 oyunda 23 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.
