Ərəblərin növbəti hədəfi
14.05.2024 , 12:17
“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen transfer xəbəri ilə gündəmə gəlib.
Korner.az xəbər verir ki, ulduz qolkiperlə ərəblər yaxından maraqlanır.
Qapıçını Səudiyyə Ərəbistanın “Əl-İttihad” klubu transfer etməyi planlaşdırır.
32 yaşlı qolkiperin Kataloniya klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir.
Ərəblər isə mövsümün sonunda oyunçunun transferini yekunlaşdırmaq fikrindədir.
Ter Ştegen 2014-cü ildən “Barselona”da oynayır.