Ərəblərin növbəti hədəfi
29.04.2024 , 23:35

“Qalatasaray”da icarə əsasında çıxış edən Hakim Ziyeş yeni transfer iddiası ilə gündəmə gəlib.
Korner.az xəbər verir ki, ulduz oyunçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Futbolçunun xidmətində “Əl-Şabab” maraqlıdır.
Ərəblər Ziyeşə 2,5 illik müqavilə olmaqla 37 milyon avro maaş təklif edib.
Bu mövsüm “Qalatasaray”ın heyətində 20 matça çıxan Hakim Ziyeş 6 qol və 4 məhsuldar ötürmə ilə hesaba töhfə verib.
