Ərəblərin növbəti hədəfi
27.06.2023 , 16:55

“Mançester Siti”nin futbolçusu Riyad Mahrez karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Korner.az xəbər verir ki, “Əl Əhli” əlcəzairli yarımmüdafiəçinin xidmətində maraqlıdır.
Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Xəbərdə, Səudiyyə Ərəbistanı klubu Mahrezə mövsümə 50 milyon avro qazanacağı 2 illik müqavilə təklif etdiyi bildirilir.
