Ərəblərdən Mourinyo üçün yeni təklif
05.05.2025 , 15:45

“Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Korner.az xəbər verir ki, 62 yaşlı məşqçi “Əl-İttifaq”a rəhbərlik edə bilər.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Ərəblər artıq Mourinyo ilə danışıqlara başlayıb. Klub rəhbərliyi portuqaliyalı mütəxəssis üçün 50 milyon avro maaş vəd edib.
