Ərəblərdən 40 milyon avroluq təklif
22.06.2023 , 17:50

“Arsenal”ın futbolçusu Tomas Partey karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır.
Korner.az xəbər verir ki, bir neçə ərəb klubu futbolçu üçün “topçular”a təklif göndərməyə hazırlaşır.
Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Onun xəbərinə görə, “Arsenal”a oyunçu üçün 40 milyon avro təklif ediləcəyi bildirilir.
