Ərəblər ulduz oyunçu üçün hərəkətə keçdi
31.07.2024 , 23:26

“Barselona”nın futbolçusu Rafinya Dias ərəblərin transfer hədəfinə düşüb.
Korner.az xəbər verir ki, Səudiyyə Ərəbistanı klubunun rəhbərliyi ulduz oyunçu üçün Kataloniya təmsilçisi ilə danışıqlara başlayıb.
Lakin Rafinya İspaniya nəhəngindən getmək istəmir.
27 yaşlı futbolçu daha 1 il də La Liqa klubunda çıxış etmək fikrindədir.
