Ərəblər ulduz futbolçuya sərvət təklif etdi
25.07.2024 , 23:49

“Mançester Siti”nin belçikalı ulduzu Kevin De Bruyneyə Səudiyyə Ərəbistanından böyük təklif gəlib.
Korner.az xəbər verir ki, futbolçu ilə “Əl-İttihad” klubu maraqlanır.
Ərəblər ulduz oyunçuya həftədə 1,2 milyon avro (illik 62,5 milyon avro) qazanacağını təklif etsə də, De Bruyne bu təklifi qəbul etməyib.
Hazırda bazar dəyəri 50 milyon avro olan 33 yaşlı futbolçunun klubu ilə müqaviləsinin müddəti gələn ilə qədərdir.
