Ərəblər Uğurcanı transfer edir
11.07.2024 , 14:59
“Trabzonspor”un kapitanı Uğurcan Çakır yeni transfer iddiası ilə gündəmə gəlib.
Korner.az xəbər verir ki, qapıçı ərəblərin transfer siyahısındadır.
Səudiyyə Ərəbistanı təmsilçisi təcrübəli qapıçıya 4 milyon avro məbləğində maaş təklif edib.
“Trabzonspor”un gözləntisi isə 10 milyon avrodur.
Qolkiperin yeni mövsümün hazırlıqlarına ayın 18-də qatılacağı bildirilir.
