Ərəblər Ronaldo ilə müqavilə yeniləyir
10.02.2025 , 08:49

“Əl-Nəsr” Kriştiano Ronaldonu buraxmaq fikrində deyil.
Korner.az xəbər verir ki, ərəblər ulduz oyunçu ilə yeni müqavilə imzalayıb.
Bu barədə insayder Nikolo Skira məlumat yayıb.
40 yaşlı hücumçunun sözləşməsi 2026-cı ilin yayına qədər yenilənəcək.
Klub müqavilə ilə bağlı yaxın günlərdə rəsmi açıqlama yayacaq.
