Ərəblər onun üçün hərəkətə keçdi
21.05.2025 , 13:50

“Nyukasl”ın yarımmüdafiəçisi Bruno Gimarayeş karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Korner.az xəbər verir ki, braziliyalı oyunçunun xidmətində “Əl-İttihad” maraqlıdır.
Ərəblər 27 yaşlı futbolçu üçün 120 milyon avrosundan keçməyə hazırdır.
O, bu mövsüm İngiltərə klubunun heyətində 46 matça çıxıb, 5 qol vurub və 8 məhsuldar ötürmə edib.
