Ərəblər onu transfer edir
15.07.2024 , 18:00

“Marsel”in hücumçusu Pyer Emerik Obameyanq karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır.
Korner.az xəbər verir ki, futbolçu sözügedən ölkənin “Əl Quadsiah” klubu ilə razılığa gəlib.
Tərəflər arasında 2 illik müqavilə imzalanacağı gözlənilir.
Ötən mövsüm “Marsel”in heyətində 51 matçda iştirak edən futbolçu 30 qol vurub, 11 məhsuldar ötürmə edib.
