Ərəblər Neymarı göndərdi
28.01.2025 , 14:30

“Əl-Hilal” ulduz futbolçusu Neymarla yollarını ayırıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumatda, 32 yaşlı braziliyalı hücumçunun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verildiyi diqqətə çatdırılıb.
Forvard 2023-cü ilin yayından “Əl-Hilal”da çıxış edirdi.
Onun “Santos” klubuna qayıdacağı iddia olunur.
