Ərəblər Merih Demiralla davam dedi – Rəsmi
03.12.2025 , 23:00
Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubu Merih Demiralın müqaviləsini uzadıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məluçat yayıb.
Türkiyə millisinin üzvü ilə yeni sözləşmə 2029-cu ilin yayına qədər qüvvədə olacaq.
Qeyd edək ki, 27 yaşlı mərkəz müdafiəçisi 2023-cü ilin yayında “Atalanta”dan 17 milyon avroya “Əl-Əhli”yə transfer olunub. Cari mövsümdə Demiral komandanın heyətində 16 rəsmi oyunda iştirak edib və 1 qol vurub.