Ərəblər Edersonu transfer edir
04.07.2024 , 11:34

“Mançester Siti”nin qapıçısı Ederson klubundan ayrıla bilər.
Korner.az xəbər verir ki, qolkiperin “Əl-Nəsr”ə keçə biləcəyi gözlənilir.
30 yaşlı braziliyalı oyunçu Səudiyyə Ərəbistanı təmsilçisi ilə razılığa gəlib.
Ərəblərin tezliklə “Mançester Siti” ilə danışıqlara başlayacağı bildirilir.
Ederson 2017-ci ildən İngiltərə klubunda çıxış edir.
