Ərəblər Edersonu istəyir
15.07.2024 , 20:12

“Mançester Siti”nin qapıçısı Ederson yeni transfer iddiası ilə gündəmə gəlib.
Korner.az xəbər verir ki, qolkiperin xidmətində Səudiyyə Ərəbistanı klubunun maraqlandığı bildirilir.
Söhbət sözügedən ölkənin təmsilçisi “Əl-Nəsr”dən gedir.
Ərəblər futbolçu üçün 30 milyon avro dəyərində təklif göndərsə də, İngiltərə klubu 50 milyon avro istəyir.
