Ərəblər daha bir ulduzu transfer etdi
18.07.2024 , 23:40

“Marsel”dən ayrılan Pyer-Emerik Obameyanqın yeni klubu məlum olub.
Korner.az xəbər verir ki, ulduz oyunçu Səudiyyə Ərəbistanı təmsilçisi olan “Əl-Kadisiya”ya keçib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Futbolçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
