Ərəblər daha bir futbolçunu transfer etdi
19.07.2024 , 19:40

Belçika millisinin qolkiperi Kun Kastelsin yeni klubu məlum olub.
Korner.az xəbər verir ki, o, karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
32 yaşlı qapıçı sözügedən ölkənin “Əl-Qadisiya” klubuna keçib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Qolkiperlə 3 illik müqavilə imzalandığı diqqətə çatdırılıb.
