Ərəblər Cerrardı istefaya göndərdi
30.01.2025 , 16:56

“Əl-İttifaq”ın baş məşqçisi Stiven Cerrard istefaya göndərilib.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumatda, ingiltərəli mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb.
Cerrard 2023-cü ilin yayından “Əl-İttifaq”ı çalışdırırdı.
